“Gəncə” Basketbol üzrə Azərbaycan Kubokunun qalibidir

19:29 22.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Basketbol üzrə Azərbaycan Kubokunun yeni sahibi müəyyənləşib.

Hafta.az bildirir ki, final qarşılaşmasında "Sabah" və "Gəncə" klubları görüşüblər.

Bakı İdman Sarayında təşkil olunan oyunda "Gəncə" basketbolçuları 89:82 hesablı qələbə qazanaraq kuboka sahib çıxıblar. Bu, Gəncə təmsilçisinin ikinci kubokudur. Komanda 2023-cü ildə də ölkə kubokunu qazanıb.